Sadio Mane “Liverpul”un mart ayında ən yaxşı futbolçusu kimi fərqlənib
Bakı, 5 aprel, AZƏRTAC
İngiltərənin “Liverpul” futbol klubunun mart ayında ən yaxşı futbolçusu Sadio Mane olub.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 26 yaşlı seneqallı hücumçu mart ayında iştirak etdiyi beş oyunda beş dəfə fərqlənib. Sadio Mane UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Liverpul”un heyətində Almaniyanın “Bavariya” (3:1) klubu ilə oyunda iki qol vurub. İngiltərə Premyer Liqasında isə seneqallı hücumçu “Börnli” ilə iki, “Fulhem”lə oyunda isə bir dəfə fərqlənib.
Qeyd edək ki, Sadio Mane cari mövsümdə “Liverpul”un heyətində keçirdiyi 38 oyunda 20 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]