Şagirdə imtahanda topladığı bala uyğun bir neçə lisey və gimnaziya seçmək imkanı yaradılacaq
Bakı, 25 may, AZƏRTAC
2021-2022-ci tədris ili üzrə mərkəzləşdirilmiş imtahanla qəbul aparan lisey və gimnaziyaların sayı məhduddur. Ancaq gələcəkdə lisey və gimnaziyalara qəbul prosesinin vahid olması üzrə işlər aparılır.
AZƏRTAC xəbər verir ki, bunu lisey və gimnaziyalara şagird qəbulu ilə bağlı təşkil olunan canlı yayımda Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev deyib.
O bildirib ki, bu il 15 lisey və gimnaziya üçün qəbul imtahanı mərkəzləşdirilmiş qaydada aparılacaq. Valideynlər qeydiyyat zamanı qəbul imtahanı üçün sorğu yerləşdirəcəklər. Qəbul imtahanından sonra şagirdə topladığı bala uyğun təhsil almaq üçün bir neçə lisey və gimnaziya seçmək imkanı yaradılacaq.
İmtahanda əsasən riyaziyyat, Azərbaycan dili və məntiqi təfəkkürü yoxlayan tapşırıqlar təqdim ediləcək. IX siniflər üçün isə istiqamətlər üzrə fənlər əlavə olunacaq.
Xatırladaq ki, 2021-2022 tədris ili üçün lisey və gimnaziyalara qəbul imtahanı mərkəzləşdirilmiş qaydada 5, 6, 7, 8 və 9-cu siniflər üzrə aparılacaq. İyunun 16-da 6-cı, iyunun 17-də 5-ci, iyunun 18-də 7-ci, iyunun 21-də isə 8 və 9-cu siniflərə qəbul imtahanı keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]