Sahibkarlar İslam İnkişaf Bankının müsabiqəsində iştiraka dəvət olunurlar
Bakı, 25 may, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, İslam İnkişaf Bankının (İİB) “Engage” İnnovasiya Mərkəzi “Transform Fund 4th Call for Innovation 2021” müsabiqəsini elan edib. Müsabiqənin məqsədi COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində İİB-ə üzv ölkələrin dəstəklənməsidir. Müsabiqə çərçivəsində alimlərə, tədqiqatçılara, COVID-19 pandemiyasına qarşı vaksinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində çalışan biotexnoloji şirkətlərə və elmi-tədqiqat müəssisələrinə qrant və səhm kapitalı şəklində 0,1-1 milyon ABŞ dolları maliyyə yardımının ayrılması nəzərdə tutulur.
İştirak üçün təkliflər hazırlanaraq mayın 31-dək qeyd olunan link (https://bit.ly/3f2Xyqi) vasitəsilə təqdim edilməlidir. Müsabiqə ilə bağlı əlavə məlumatı İslam İnkişaf Bankının internet səhifəsindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:32]
Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik
- 12.10.2026 [18:31]
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 12.10.2026 [18:27]
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
- 12.10.2026 [18:24]
AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 12.10.2026 [18:12]
Doqquz ayda 620 dövlət standartı qəbul edilib
- 12.10.2026 [17:28]
Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb
- 12.10.2026 [17:03]