SAHİL QƏSƏBƏSİNDƏ DÖVLƏT NEFT ŞİRKƏTİNİN TƏŞƏBBÜSÜ İLƏ “AZƏRBAYCAN NEFTÇİSİ” ADLI BAYRAM ŞƏNLİYİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, neftçilərin peşə bayramı münasibətilə Qaradağ rayonunun Sahil qəsəbəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşəbbüsü ilə “Azərbaycan neftçisi” adlı bayram şənliyi keçirilmişdir.
Tədbirdə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun direktoru Səfixan Məmmədov neftçiləri peşə bayramı münasibətilə təbrik edərək bildirmişdir ki, Azərbaycan neft strategiyasının mühüm mərhələsini təşkil edən “Əsrin müqaviləsi” ölkə iqtisadiyyatının inkişafında mühüm rolu olan neft layihələrinin əsasını qoymuş və bununla ölkəmizin sürətli inkişaf dövrü başlamışdır. Hazırda bu sahədə çalışan insanlar yüksək dövlət qayğısı ilə əhatə olunmuşlar.
Tədbir Dövlət Neft Şirkətinin özfəaliyyət ansamblı və incəsənət ustalarının konsert proqramı ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]