Şahmatçılar FİDE ustası Oleq Pavlenkonun xatirəsini yad etmişlər
Bakı, 4 noyabr (AZƏRTAC). Respublika Şahmat Mərkəzində Azərbaycan şahmatçısı - FİDE ustası Oleq Pavlenkonun xatirəsinə həsr olunmuş blits-turnir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, turnirin açılışında Azərbaycan milli yığmasının məşqçisi Fikrət Sideifzadə, “Gənclik” şahmat klubunun direktoru Gennadi Gelman və Veteran Şahmatçılar Birliyinin rəhbəri Tofiq Ağayev çıxış etmişlər. Onlar O.Pavlenkonun yaradıcılıq yolundan və Azərbaycanda şahmatın inkişafına töhfəsindən danışmışlar.
İsveçrə sistemi üzrə 7 turda keçirilmiş turnirdə 20 şahmatçı iştirak etmişdir.
Qaliblərə qiymətli mükafatlar təqdim olunmuşdur.
Asəf Abdullayev 7 mümkün xaldan 6 xal toplayaraq birinci yerə çıxmışdır. İkinci yerdə 5,5 xalla Ələmdar Məmmədov, üçüncü yerdə isə 5 xalla Niyaz Hüseynov olmuşlar.
Yelena Qorina və Rüfət Abdullayev xüsusi mükafatlara layiq görülmüşlər. Blits-turnirin təşkilatçısı “Gənclik” şahmat klubu olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]