ŞAHMATÇILARIMIZ BU ÇƏTİN İMTAHANIN ÖHDƏSİNDƏN LAYİQİNCƏ GƏLƏCƏKLƏR
Bu sözləri Azərbaycanın qadınlardan ibarət yığma komandasının baş məşqçisi Anar Allahverdiyev AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir. Hazırda Drezdendə dünya şahmat olimpiadasında çıxış edən qadınlardan ibarət komandanın qazandığı uğurlardan söz aşan baş məşqçi şahmatçılarımızın oyunlarını yüksək qiymətləndirmişdir.
O bildirmişdir ki, komandamız dörd oyundan üçündə qalib gələrək, hazırda 6 xalla birinci onluqda qərarlaşmışdır. Komanda noyabrın 17-də reytinqə görə onuncu yerdə olan Serbiya komandası ilə görüşəcəkdir. Bu qarşılaşmada komandanı olduqca çətin bir oyun gözləyir. Amma şahmatçılarımız bu çətin imtahanın öhdəsindən layiqincə gələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]