İDMAN
Şahmatçımız İspaniyada keçirilən beynəlxalq turnirdə liderlər qrupunda mübarizəni davam etdirir
Bakı, 6 dekabr, AZƏRTAC
İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçisi Eltac Səfərli liderlər qrupunda mübarizəni davam etdirir.
AZƏRTAC xəbər verir ki, altıncı turda şahmatçımız argentinalı Tomas Sosanı məğlub edərək aktivinə daha bir xal əlavə edib. Xalların sayını 5-ə çatdıran şahmatçımız 1-5-ci yerləri bölüşür. Digər təmsilçimiz Məhəmməd Muradlı 4,5 xalla 12-ci, Aydın Süleymanlı 3,5 xalla 46-cı yerdə qərarlaşıblar.
İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olan turnir dekabrın 12-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [16:01]
Lionel Messi MLS-də yeni rekorda imza atıb
- 06.05.2024 [15:25]
Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək
- 06.05.2024 [15:22]
Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar
- 06.05.2024 [15:10]
Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb
- 06.05.2024 [15:00]
Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb
- 06.05.2024 [13:51]
Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
- 06.05.2024 [13:47]