Şair və yazıçılarımız “#Evdə qal, evdə yarat” çağırışında fəal iştirak edirlər
Bakı, 20 may, AZƏRTAC
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının oxucusu, Azərbaycan Yazıçılar Birliyinin üzvü Solmaz Əfəndiyeva (Solmaz Elqızı) “İlisu” adlı yeni şeirini oxuculara təqdim edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, #Evdəqalevdəyarat həştəqi ilə, evdə qalıb evdə yaradaraq, virusa birlikdə qalib gələk çağırışına qoşulan şairin ifası ilə müşayiət olunan videoçarx maraqlı tarixi faktları əks etdirir. Videoçarx vətənimizin müstəqilliyi uğrunda canlarını fəda etmiş həmvətənlərimizin xatirəsinə ithaf olunur.
Şeir səsləndikcə videoçarxda İlusu sultanlığı haqqında məlumatlarla tanış oluruq. Göstərilir ki, 1562-ci ildə İlisu sultanlığının əsası qoyulub. Onlar tarixin yaddaşında müzəffər sultanlar kimi mübarizə aparıb. Şairə şeiri səsləndirdikcə bir-birini əvəz edən maraqlı fotolar oxucuları İlusunun tarixi abidələri, məhəllələri, məşhur sultanların məzarları ilə tanış edir. Solmaz Elqızının “İlisu” şeiri əsrlərin yadigarı olan bu gözəl diyara həsr edilmiş ədəbi tablodur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]