SALYANDA 143 HEKTAR YENİ ÜZÜM PLANTASİYASI SALINMIŞDIR
Salyan, 12 oktyabr (AZƏRTAC). Salyan rayonunun təsərrüfatlarında 143 hektar yeni üzüm plantasiyası salınmaqla üzüm bağlarının ümumi sahəsi 1000 hektara çatdırılmışdır. Cari mövsümdə rayonda hələlik 23 min 400 ton üzüm tədarük edilmişdir. Bu il məhsul istehsalının azı 30 min tona çatdırılması proqnozlaşdırılır.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, sahibkarlar yüksək məhsuldar “Ağadayı”, “Kişmişi” və digər üzüm növlərinin yetişdirilməsinə üstünlük verirlər. Rayonda 10 və 5 min tonluq soyuducu anbar komplekslərinin tezliklə istifadəyə verilməsi bu müəssisələrdə digər kənd təsərrüfatı məhsulları ilə yanaşı, üzümün də ilboyu saxlanmasına şərait yaratmaqla sahibkarların əməyinin stimullaşdırılmasına əhəmiyyətli təsir göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]