SALYANDA 5 MİN TONLUQ SOYUDUCU ANBAR TİKİLİR
Salyan, 20 oktyabr (AZƏRTAC). Salyan rayonunun Çuxanlı kəndi ərazisində 5 min tonluq soyuducu anbar kompleksinin inşası davam etdirilir. "Ələddin Fermer" Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə vəsaiti ilə tikilən bu kompleksin tərkibinə daxil olan əsas anbar binası və tara sexinin tikintisi başa çatmışdır. Müəssisənin yüksək standartlara uyğun texnoloji avadanlıqlarının Türkiyədən alınması nəzərdə tutulmuşdur. Gələn ilin əvvəllərində istifadəyə veriləcək və kənd təsərrüfatı məhsullarının ilboyu saxlanmasına təminat yaradacaq, ilkin mərhələdə 50 nəfərin çalışacağı soyuducu kompleksin xidmətindən Salyanla yanaşı qonşu Biləsuvar və Neftçala rayonlarının sahibkarları da faydalanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]