Salyanda bağlardan 4 min tondan çox meyvə yığılıb
Salyan, 15 dekabr, Mahir Babayev, AZƏRTAC
İlin ötən ayları ərzində salyanlı bağbanlar becərdikləri 894.2 hektar meyvə bağından 4 min tondan çox məhsul tədarük ediblər.
Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari ilin on bir ayında bağbanlar becərdikləri meyvə bağlarından 4 min 957 ton meyvə tədarük ediblər. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Yığılan məhsulun 72 tonunu alma, 43.1 tonunu armud, 23.4 tonunu ərik, 54 tonunu gavalı, 80.6 tonunu alça, 48.6 tonunu şaftalı, 18.9 tonunu gilas, 19.4 tonunu əzgil, 456 tonunu heyva, 67.2 tonunu albalı, 3 min 291.4 tonunu nar, 550 tonunu xurma, 0.6 tonunu fındıq, 30.8 tonunu isə sair meyvə təşkil edib. Həmçinin məhsul istehsalçıları 173.5 ton giləmeyvə də toplayıblar. Tədarük olunan meyvənin demək olar ki, yarıdan çoxunu Xalac, Yenikənd, Çuxanlı kəndlərinin bağbanları toplayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]