SALYANDA GÜCLÜ YANĞIN FƏRDİ YAŞAYIŞ BİNALARINA CİDDİ ZİYAN VURMUŞDUR
AZƏRTAC Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə istinadla xəbər verir ki, Salyan şəhərinin Əlövsət Quliyev küçəsindəki 74 nömrəli evdə baş vermiş güclü yanğın zamanı ciddi xəsarət alan olmasa da, hadisə nəticəsində Qabil Ağayevə məxsus iki mərtəbəli beş otaqlı ev tamamilə sıradan çıxmışdır. Alov güclü olduğundan qonşuluqdakı, 72 nömrəli evin ikinci mərtəbəsinə keçmiş və 170 kvadratmetrlik üç otaq sıradan çıxmışdır.
Yanğının başvermə səbəbi və dəyən ziyan müəyyənləşdirilir.