Salyanda motosiklet yolu keçmək istəyən iki qadını vurub
Salyan, 9 mart Mahir Babayev, AZƏRTAC
Salyanın Dayıkənd kəndində “Muravey” markalı üçtəkərli motosiklet qəza törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, motosiklet yolu keçmək istəyən kənd sakinləri Südabə Nəzərova və Nailə Hüseynovanı vurub. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [16:17]
Qubanın kənd yolunda təhlükəli vəziyyət yaranıb VİDEO
- 18.06.2026 [15:49]