Şamaxı Astrofizika Rəsədxanasında Elmi şuranın hesabat iclasları keçirilib
Bakı, 19 noyabr, AZƏRTAC
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Elmi şuranın hesabat iclasları keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, iclaslarda elmi şöbələrin müdirlərinin və müvafiq elmi işlər üzrə rəhbərlərin çıxışları dinlənilib. Çıxışlarda cari il ərzində görülən işlərin yekunlarına dair hesabatlar təqdim edilib, əldə olunan nəticələr, dərc edilən elmi əsərlər, innovasiya fəaliyyəti, qrant layihələri və kadr hazırlığı haqqında geniş məlumat verilib.
Çıxışlar ətrafında geniş müzakirələr aparılıb. Hazırkı illik nəticələr ötən ilin müvafiq dövrü ilə müqayisə edilərək kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, növbəti ildə elmi və elmi-təşkilati fəaliyyətin daha səmərəli təşkili ilə əlaqədar təkliflər irəli sürülüb.
Elmi şura 2021-ci ildə aparılan elmi tədqiqat işlərinin yekunlarına dair hesabatları qəbul edib. Hesabatın AMEA-nın Fizika Riyaziyyat və Texnika Elmləri bölməsinə təqdim edilməsi qərara alınıb.