Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər
Bakı, 7 aprel, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar ölkə səviyyəsində karantin rejiminin tətbiqini, eləcə də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin magistrantlar üçün distant təhsilin təşkili ilə bağlı sərəncamını nəzərə alaraq Şamaxı Astrofizika Rəsədxanasında magistrantlar üçün dərslər distant qaydada təşkil olunur. AMEA-dan AZƏRTAC-a bildirilib ki, rəsədxananın birinci kurs magistrantları üçün dərslər müvafiq cədvələ uyğun olaraq qurumun aparıcı alimləri tərəfindən onlayn formada həyata keçirilir.
İkinci kurs magistrantlar isə distant yolla elmi-pedaqoji təcrübəyə cəlb olunub. Bundan başqa, onların dissertasiya işlərinin yazılıb tamamlanması üçün elmi rəhbərləri tərəfindən mütəmadi olaraq telegörüşlər keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]