İQTİSADİYYAT
ŞAMAXIDA QURUCULUQ İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR
Şamaxı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin Şamaxıya səfərindən sonra rayon öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, nəhəng tikinti meydançasına çevrilmişdir. Yaxın günlərdə xalçaçılıq-trikotaj fabriki, gənc məcburi köçkün ailələri üçün nəzərdə tutulmuş 16 mənzilli bina istifadəyə veriləcəkdir. Maşınqayırma və məişət texnikası istehsalı zavodlarının da inşası sürətlənmiş, Şamaxı-Pirqulu yolunun əsaslı təmiri ön plana çəkilmişdir. Pirsaat çayı üzərindən salınan körpünün inşası isə başa çatmaq üzrədir. Həmçinin rayon mərkəzinə və kəndlərə qaz xətlərinin çəkilişi də davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:07]
® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır
- 30.04.2024 [18:25]
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb
- 30.04.2024 [17:35]
Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib
- 30.04.2024 [16:28]
Nizami rayonunda küçənin bir hissəsi təmir olunub
- 30.04.2024 [15:43]
Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb
- 30.04.2024 [12:44]