Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxının Meysəri kəndində İlaxır çərşənbə - Adət-ənənələr necə yaşadılır? REPORTAJ VİDEO

Şamaxı, 17 mart, AZƏRTAC

Bu gün ölkəmizdə İlaxır, yaxud Torpaq çərşənbəsi qeyd olunur. Baharın gəlişini müjdələyən bu əziz gün respublikamızın hər yerində böyük coşqu, sevinc və ümidlə qarşılanır. Qışın yorğun nəfəsi geri çəkildikcə torpağın oyanışını, təbiətin yenidən dirçəlişini simvolizə edən bu çərşənbə insanları bir araya gətirir, köhnə inciklikləri unutdurur, qəlblərdə yeni arzular cücərdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İlaxır çərşənbənin özünəməxsus şəkildə qeyd olunduğu yaşayış məntəqələrindən biri də Şamaxı rayonunun Meysəri kəndidir. Bu kənddə bayram günü adi günlərdən xeyli fərqlənir.

Səhərdən havada sərin küləyin yüngül toxunuşu hiss olunsa da, insanların bir-birinə göstərdiyi səmimi münasibət bu soyuğu sanki unutdurur. Hər kəsin üzündə təbəssüm, hər addımda bayram ovqatı duyulur. Kəndin dar küçələrində bir canlanma, evlərin həyətlərində isə baharın gəlişinə hazırlığın şirin həyəcanı hiss olunur. Günəşin ilıq şüaları torpağa toxunduqca, oyanan təbiətin nəfəsi sanki insanlara da güc verir. Ev-eşiklərdən yayılan bayram təamlarının ətri, qapı-bacada qonşuların səsi, həyətlərdə oynayan uşaqların gülüşü Meysərini əsl bayram diyarına çevirir.

Səhər saatlarından etibarən demək olar ki, hər evdə hazırlıq başlayıb. Bəzi ailələr süfrə tədarükünü öz evində görsə də, bir çoxu bu işi birlikdə, qohum-əqrəba ilə birgə həyata keçirir. Elə Əlqəməyevlər ailəsində olduğu kimi…

Həyətin bir küncündə yaşlı qadınlar təndir başına toplaşıblar. Ocağa çır-çırpı yığılıb, təndirin alovu al-əlvan közə dönüb. Vaxtilə həftədə bir neçə dəfə qalanan təndirlər indi daha çox bayram günlərinin rəmzinə çevrilib. Bu gün isə təndir çörəyi və lavaş bişirilir. Əllərində kündə, çöhrələrində bayram sevincinin işığı olan qadınlar bir-biri ilə zarafatlaşır, keçmiş xatirələri yada salırlar.

“Firuzə nənə, İlaxır çərşənbə sizin üçün hansı hissləri oyadır?”, - deyə soruşuram.

Firuzə nənə bir anlıq dayanıb alova baxır, sanki illər öncəyə qayıdır: “Bala, bu gün təkcə bayram deyil, həm də xatirələr günüdür. Biz uşaq olanda çərşənbəyə bir həftə qalmış hazırlıq edərdik. Bir evə yığışar, təndir qalayar, çörək bişirər, qovurğa qovurardıq. Elə bilirdik ki, bahar təndirin istisindən doğur. İndi dövr dəyişib, amma biz çalışırıq ki, o adətlər itməsin”.

Təndirdən çıxan isti lavaşın qoxusu həyətə yayılır. Qonşular bir-bir ocaq başına gəlir - kimisi çörəyi çevirir, kimisi çay süzür, kimisi də köhnə xatirələri danışır. Bir kənarda gənc qızlar sacın üstündə qutab bişirir, göyərti doğrayır. Uşaqlar isə bayram sevincini öz dünyalarında yaşayırlar - yumurta döyüşdürür, kosa-keçəl oynayır, “hakışta” deyərək şənlənirlər.

Balacalardan birinə yaxınlaşıram: “Sənin üçün bayramın ən gözəl məqamı hansıdır?”

Məktəbli Fuad sevincək cavab verir: “Tonqal üstündən atlanmaq! Onda deyirik ki, bütün pisliklər odda qalsın. Bir də kosa-keçəl gələndə hamı sevinir, deyib-gülür”.

Həyətdə samovarda qaynayan suyun buxarı havaya qarışdıqca təndirin közərən istisi bu sərin gündə insana xoş bir rahatlıq gətirir. Təndirdə çörəklər qızarır, sacın üstündə bişən xəmirin ətri isə həyətə yayılır. Hər kəsin üzündə bir sevinc var, sanki baharın özü qonaq gələcəkmiş kimi hazırlıq gedir.

Evə daxil olanda tamam başqa bir bayram mənzərəsi açılır. Geniş süfrənin ətrafında toplaşan xanımlar əl-ələ verib şirniyyat hazırlayırlar. Xəmirlər yoğurulur, kündələr açılır. Şəkərbura üçün içlik hazırlanır, üyüdülmüş qoz ləpəsi, şəkər tozu, bir az da hil qatılır ki, ətri daha cazibədar olsun. Paxlava üçün isə qozla yanaşı, bal və ya şəkər şərbəti hazırlanır, zəfəran dəmlənir ki, şirniyyatın rəngi qızılı kimi parlasın.

İradə xanımla söhbət zamanı indiki dövrdə hazır şirniyyat almağa üstünlük verən ailələrin də olduğunu deyirəm. O isə nə demək istədiyimi anlayır və xəmiri səliqə ilə qatlayaraq cavab verir: “Hazır almaq asandır. Amma evdə bişən şirniyyatın dadı da, bərəkəti də başqadır. Burada hər kəsin əməyi var. Uşaqlar baxır, öyrənir. Sabah onlar da bu ənənəni yaşadacaqlar. Bayramın gözəlliyi də bundadır - zəhmət çəkib süfrə qurmaqda”.

Mətbəxdən qazan qapağının taqqıltısı, qaşığın səsi eşidilir. Təranə xanım bayram süfrəsinin şah yeməyi olan plovu hazırlayır. “Hər yerdə plov bişirilir, amma Şamaxı plovunun dadı tamam başqadır, – deyə Təranə xanım gülümsəyir. “Biz plovu səbirlə, qayda ilə bişiririk. Süfrədə nə qədər nemət olsa da, plov yoxdursa, o süfrə bayram süfrəsi sayılmaz”, - deyə o bildirir.

Evin bir küncündə isə qadınlar yun corab toxuyurlar. Rəngbərəng ipliklər ilmə-ilmə bir-birinə calanır, naxışlar sanki danışır. Şamaxının dağ havası qışı bir qədər uzun saxladığı üçün qalın corablar hələ də gündəlik ehtiyacdır.

Dilarə xanım ilmələri səliqə ilə sayaraq deyir: “Bu sənət bizim kimliyimizdir. Hər ilmədə bir tarix, bir xatirə gizlidir. Corab toxuyanda sanki nənələrimizin səsini eşidirik. Keçmişlə bu gün arasında körpü qururuq”.

Elə bu vaxt küçədən sazın kövrək, amma oynaq səsi eşidilir. Balabanın həzin nəfəsi, nağaranın oynaq ritmi… Aşıqlar ev-ev gəzərək insanları tonqal başına səsləyir. Böyükdən kiçiyə hamı tonqal ətrafına yığışır. Alovun şölələri göyə qalxdıqca insanların sevinci də artır. Gənclər “ağırlığım-uğurluğum odda qalsın” deyə tonqalın üzərindən atlanır, uşaqlar alovun ətrafında dövrə vurur, böyüklər isə yallıya qoşulub qol qaldırır.

Aşıq Ağamurad deyir ki, texnologiya nə qədər inkişaf etsə də, sazın səsi yenə ürəklərə yol tapır. “Bu, xalqımızın kökünə bağlılığını göstərir. Kənd sakinləri tonqalın istisində yallı gedir. Ayaq səsləri torpağa qarışır, sanki baharın gəlişini torpaq özü də hiss edir”, - deyə o əlavə edir.

Ev sahibi Rauf Əlqəməyevlə söhbət edirik. O, Od çərşənbəsindən danışaraq deyir: “Od insanı təmizləyir, birləşdirir. Bu tonqalın ətrafında dayananda anlayırsan ki, kənddə hamı bir ailə kimidir. İndi bayram tonqalları ölkəmizin hər yerində qalanır, bu, böyük sevincdir”.

Göyün üzü qaralır. Səmada ulduzlar parlayır, tonqalların közü isə hələ də sönməyib. İnsanlar evlərinə çəkilir, isti otaqlarda bayram süfrəsi arxasında bir araya gəlirlər. Gün boyu bişirilən şəkərbura, paxlava, qoğal süfrəyə düzülür, buxarı tüstülənən plov boşqablara çəkilir. Süfrə başında xoş arzular tutulur, baharın bərəkətli olması dilənir.

Beləcə, Meysəridə İlaxır çərşənbə bu il də insanların qəlbində birlik, ümid və bahar sevinci oyadır, sanki hər tonqal alovunda yeni bir başlanğıcın işığı yanır. İlaxır çərşənbəniz mübarək!

Müxbir- Rəşad Türkoğlu

Şamaxının Meysəri kəndində İlaxır çərşənbə - Adət-ənənələr necə yaşadılır? REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq