Samir Abasov karyerasında 75-ci qələbəsini qazanıb
Bakı, 17 aprel, AZƏRTAC
Hazırda “Neftçi”nin baş məşqçi postunu tutan Samir Abasov karyerasında 75-ci qələbəsini qazanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, yubiley qalibiyyəti Azərbaycan Premyer Liqasında XXIII turun oyunları çərçivəsində “Sabah”la ev oyununa təsadüf edib - 1:0.
44 yaşlı mütəxəssis "ağ-qaralar"ın sükanı arxasında isə 30-cu qələbəyə sevinib.
Karyerası ərzində Abasovun çalışdığı “Sumqayıt”, “Zirə” və “Neftçi” komandaları Premyer Liqada 66, Azərbaycan kubokunda 7, avrokuboklarda 2 dəfə qalib gəlib. “Ağ-qaralar”ın 30 qələbəsindən 27-si Premyer Liqa, 1-i ölkə kuboku, 2-si avrokuboklara təsadüf edib.
“Neftçi” rəqibinə Bəxtiyar Həsənalızadənin avtoqolu ilə qalib gəlib. Bu, paytaxt təmsilçisinin rəqiblərinin ölkə çempionatları tarixində vurduğu 20-ci avtoqoldur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]