Samir Abbasov: Oyunçularım uduzmamaq üçün hər şeyi etdilər
Sumqayıt, 18 yanvar, AZƏRTAC
“Zirə” ilə oyundan sonra çox narahatlıq var idi. Bərpa ola bilmədik. Buna səbəb futbolçuların sıx qrafiklə çalışmaları, yorğun olmaqları idi. Söhbət fiziki bərpadan getmir. Futbolçular psixoloji və mental olaraq yükləniblər. Onlara təşəkkür edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyundan sonra deyib.
O, qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib: “Bir xalın səbəbi də intizamlı oynamaqları idi. Rəqibə çox şans vermədik. Bu cür oyunlar bizim üçün normal qəbul olunacaq. Çünki “Sumqayıt” rəqiblər üçün açıq kitabdır. Bəlli start heyətimiz və onları dəyişəcək iki-üç oyunçumuz var. Oyunçularım uduzmamaq üçün hər şeyi etdilər. Udmaq üçün yetərli idi? Xeyr, yetərsiz idi. Amma futbolçularımı anlayıram. Bundan sonrakı oyunlara köklənməliyik. Ən azından yerimizi qoruyub-saxlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]