“Samsung” şirkəti 2014-cü ildə 360 milyon mobil telefon satmağı planlaşdırır
Bakı, 6 noyabr (AZƏRTAC). 2014-cü ilin yekunları üzrə Cənubi Koreyanın “Samsung Electronics” şirkəti 360 milyon mobil telefon satmağı planlaşdırır ki, bu da bir il əvvəl qeydə alınan göstəricidən 20 faiz çoxdur. “Galaxy S4”, “Galaxy Note” və digər bahalı smartfon modellərinin payı mobil qurğuların ümumi payının təxminən 35 faizini (126 milyon ədəd) təşkil edəcəkdir.
Rəsmi məlumatlara görə, “Galaxy S4” modelinin satışına başlandığı 6 ay ərzində dünyada təqribən 40 milyon ədəd qurğu satılmışdır.
“Strategy Analitics” şirkətinin analitiklərinin hesablamalarına görə, cari ilin üçüncü rübündə “Samsung” dünyada 120 milyondan çox mobil telefon tədarük edərək ötən ilki göstəricisini 17 faiz yaxşılaşdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [23:43]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]