Samux və Göyçay rayon sakinlərindən müvafiq sənədləri olmayan tüfənglər aşkarlanaraq götürülüb
Bakı, 10 fevral, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yenikənd kənd sakini B.Hüseynovda müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkarlanıb.
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə İncə kənd sakini Ə.Rüstəmovdan müvafiq sənədləri olmayan “TOZ-61” markalı tüfəng aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı təhqiqat aparılır.