REGİONLAR
Samuxda erkən nikahın fəsadları ilə bağlı valideynlər məlumatlandırılıb
Samux, 1 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Samux rayon İnstitut qəsəbə tam orta məktəbində “Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir” adlı layihənin açılışı olub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən tədbirin açılışında əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edən birliyin sədri Gülnarə Əmiraslanova layihənin əsas məqsədi və görüləcək işlər barədə məlumat verib.
Sonra videoçarx nümayiş olunub.
Tədbirdə ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizə və erkən nikahın fəsadları ilə bağlı tədbir iştirakçıları geniş məlumatlandırılıb.
Sonda tədbir mövzu ətrafında çıxışlarla davam etdirilib.