“Scopus” və “ScienceDirect” bazalarından istifadə qaydaları – təlim
Bakı, 24 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda “Elsevier” şirkətinin nümayəndəsi Rabiqa Xozhamkulun iştirakı ilə təlim keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqsəd əməkdaşları “Scopus” və “ScienceDirect” bazalarından istifadə qaydaları ilə tanış etmək, zəruri məlumatları diqqətə çatdırmaq olub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İnstitutun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada Azərbaycanın elmi-tədqiqat və ali təhsil müəssisələri üçün “Scopus”a giriş təmin edildiyini bildirib.
Daha sonra Rabiqa Xozhamkul “Özünüqiymətləndirmə, hədəf müəyyən etmə və uzunmüddətli planlaşdırma”, “Data əsaslı qərar qəbuletmə”, “Tədqiqat infrastrukturunun inkişafı üçün potensialın yaradılması”, “Akademik heyət və tədqiqatçılar üçün baza kompetensiyaları” və digər mövzularda iştirakçılara məlumat verib.