Sebastian Fettel: Bakı treki digər traslardan fərqlənir
Roma, 28 aprel, AZƏRTAC
Bakı treki digər traslardan fərqlənir. Əgər siz avtomobilinizi təkmilləşdirsəniz, bu, bir qayda olaraq, sizə hər yerdə kömək edəcək.
AZƏRTAC xəbər verir ki, bunu “Ferrari” komandasının almaniyalı pilotu Sebastian Fettel İtaliyanın “Sky Sport” telekanalına müsahibəsində deyib.
“Avtomobili yeni ehtiyat hissələri ilə təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Məqsəd avtomobili istənilən trasda daha sürətli və nizamlı etməkdir. Ümidvaram, trasda əldə etdiyimiz nəticələr aerodinamikada gördüyümüz göstəricilərlə üst-üstə düşəcək. Bundan sonra nə qədər irəliləyiş əldə edə biləcəyimizi anlayacağıq”, - deyə S.Fettel vurğulayıb.
S.Fettel dünya çempionatındakı mübarizə barədə danışarkən deyib: “İlk üç Qran-Pridə qalib gələ bilmədik. Lakin ümid edirəm ki, növbəti 18 mərhələdə bu vəziyyəti düzəldəcəyik. Bu, bizim həyatımızı və ehtimallarımızı daha da asanlaşdıracaq. Baxaq, görək nə olur”.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]