Sebastian Fettel: Bakıda üçüncü yeri əldə saxlamaq mühüm idi
Bakı, 28 aprel, AZƏRTAC
“Ferrari” komandasının Bakıda ən yaxşı nəticəsi Sebastian Fettelin üçüncü yeri tutması olub. Dördqat dünya çempionu finişdən sonra yürüşün yekunlarından bəhs edib.
AZƏRTAC xəbər verir ki, Fettel deyib: “İlk məsafə pis alındı. Şinləri işləməyə məcbur etmək mümkün olmadı. Hesab edirəm ki, onlar çox soyuq idi və mən şinləri zədələdim. Rezin isinməyə başladıqda isə, artıq zədələnmişdi.
Mənim üçün rahat olmadı, maşın sabit deyildi və özümü inamlı hiss etmirdim. Mən “Medium”da yürüşün mürəkkəb hissəsinə hazırlaşdım, lakin bu rezinlə heç bir problem yaranmadı. “Mercedes”ə yaxın olmaq və onlara müntəzəm olaraq pressinq göstərmək üçün məndə temp əmələ gəldi. Üçüncü yeri əldə saxlamaq olduqca mühüm idi. Qarşıda bizi çox işlər gözləyir, lakin əlimizdə olanlardan maksimum dərəcədə istifadə etməliyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]