İDMAN
Sebastyan Fettel Kanada yürüşündə qağayılar üzündən səhvə yol verib
Bakı, 13 iyun, AZƏRTAC
“Ferrari”nin pilotu Sebastyan Fettel deyib ki, Kanada Qran-prisi zamanı bir dəfə trasda olan qağayılara görə təkərləri bloklamağa məcbur olub.
AZƏRTAC “www.championat.com” saytına istinadla xəbər verir ki, podiuma çıxmazdan əvvəl o, yürüşdə qalib gələn “Mersedes”in pilotu Lüis Hemiltona deyib: “Mən təkərləri bloklayıb qağayılara baxırdım, elə həmin vaxt gəlib mənə çatdın”.
Almaniyalı pilot: “Sky Sports”a müsahibəsində daha geniş cavab verib: “Birinci döngədə iki qağayı vardı... Diqqətimi birinci döngəyə yönəltmişdim. Birdən iki qağayı gördüm. Onlar sadəcə rahat şəkildə trasda oturmuşdu. Mən diqqətimi apeksə verib təkərləri blokladım”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:27]
Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub
- 04.05.2024 [16:09]
Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub
- 04.05.2024 [15:05]
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib
- 04.05.2024 [14:10]
Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib
- 04.05.2024 [12:31]