SƏDƏRƏKDƏ İŞSİZLƏRİN SAYI AZALIR
Sədərək Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, ötən il rayonda makroiqtisadi göstəricilər yüksək olmuş, sosial-iqtisadi sahənin, eləcə də özəl bölmənin inkişafına diqqət xeyli artmışdır. Həyata keçirilən tədbirlər nəticəsində 303 nəfər, o cümlədən 107 nəfər daimi işlə təmin edilmişdir.