Səfər başa çatdı VİDEO
Ankara, 15 yanvar, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına dövlət səfəri başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.