Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir Cavanşir Axundov: Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi bütün bölgə üçün önəmlidir

Səfir Cavanşir Axundov: Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi bütün bölgə üçün önəmlidir

Tehran, 14 oktyabr, AZƏRTAC

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İran-Azərbaycan dəmir yolu sistemlərinin birləşdirilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması və iki ölkənin qarşılıqlı münasibətlərinin inkişafı ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti ilə bağlı məlumat vermənizi xahiş edirik.

- Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti layihəsinin yaranması ilə bağlı yaxın keçmişə nəzər salaraq diqqətinizə çatdırım ki, 2011-ci il fevralın 8-də Tehran şəhərində Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin tikintisi ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti və İran İslam Respublikası Dəmir Yollarının rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib. Görüşün sonunda Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin tikintisi layihəsi üzrə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti və İran İslam Respublikası Dəmir Yolları arasında Anlaşma Memorandumu” imzalanıb.

Regionun iqtisadi gələcəyi üçün böyük önəmi olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində müvafiq işlərin görülməsi səfirliyimizin qarşısında duran vacib məsələlərdən biridir. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dəmir yolu xətlərinin birləşdirilməsi istiqamətində səfirlik tərəfindən davamlı iş aparılıb və aparılmaqdadır.

Bu dəmir yolu layihəsi ilə bağlı əməkdaşlıq qərargahı Tehranda yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də həyata keçirilir. Səfirliyimizin təşəbbüsü və apardığımız iş nəticəsində Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu layihəsi İƏT-in prioritet layihələri siyahısına daxil edilib. Türkiyədə keçirilmiş İƏT-ə üzv dövlətlərin dəmir yolu qurumlarının rəhbərlərinin 11-ci iclasında Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu layihəsi üzrə təşkilat çərçivəsində yüksək səviyyəli işçi qrupun yaradılması qərara alınıb. Bu günə qədər işçi qrupun ilk iclası Bakıda, ikinci iclası isə İranın Rəşt şəhərində keçirilib.

Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu layihəsi ilə bağlı qərarlar İƏT-in ali sənədlərində də öz əksini tapıb. Belə ki, 2010-cu il dekabrın 23-də İƏT-in İstanbulda keçirilmiş 11-ci Zirvə Toplantısının yekunu olaraq qəbul edilmiş İstanbul Bəyannaməsində, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2012-ci il oktyabrın 16-da İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilmiş 12-ci Zirvə Toplantısında qəbul edilmiş Bakı Bəyannaməsində Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu layihəsinin tezliklə həyata keçirilməsi qeyd olunub. Eyni zamanda, İƏT-in Nazirlər Şurasının və Regional Planlaşdırma Şurasının iclaslarının hesabatlarında da Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu layihəsinin tezliklə yekunlaşdırılması vurğulanıb.

- Bir neçə gün əvvəl Azərbaycan Respublikasının və İran İslam Respublikasının Astara şəhərlərində iki dövlətin nümayəndə heyətlərinin görüşləri baş tutdu. Bu görüşlər haqqında nə deyə bilərsiniz?

- Budəfəki görüşlərdə əsas məqsəd Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələrin aparılması idi. Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Komissiyanın həmsədri Mahmud Vaezinin görüşlərində Azərbaycan tərəfindən Xarici İşlər və Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, İran tərəfindən isə Rabitə və İnformasiya Texnologiyaları, Xarici İşlər, Yol və Şəhərsalma nazirliklərinin, Gömrük Komitəsinin yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Məlumdur ki, hazırda Azərbaycan və İran arasında dəmir yolu xətləri mövcud olmadığından yüklər sərhəd-keçid məntəqələrindən avtomobil nəqliyyatı ilə daşınır. Bu baxımdan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşması bu gün Azərbaycan Respublikası ilə İran İslam Respublikası qarşısında duran prioritet məsələlərdən biridir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq, Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin 2014-cü ilin noyabrında Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə müzakirə olunan və xüsusi diqqət yetirilən məsələlərdən biri də nəqliyyat sahəsinin inkişafı olub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasının hər iki tərəfin marağında olduğu prezidentlər tərəfindən bir daha bəyan edilib və bildirilib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi nəinki İran və Azərbaycan, habelə bütün bölgə üçün önəmlidir.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xəttinin uzunluğu 205 kilometrdir. Yolun inşasına İranın 6 böyük tikinti şirkəti cəlb edilib və işlərin 80 faizi başa çatıb. Yolda 22 tunelin, 15 körpünün inşası davam etdirilir. Tunellərin 15-i artıq hazırdır. Azərbaycan və İran 167 kilometr uzunluğunda Rəşt-Astara dəmir yolunun tikintisi üçün maliyyələşdirmənin birgə axtarışı barədə razılığa gəliblər.

Nazirlər Şahin Mustafayev və Mahmud Vaezinin oktyabrın 9-da Astara şəhərində keçirilən görüşündə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı dəmir yolu xətlərinin əlaqələndirilməsi, Azərbaycan-İran sərhədində müvafiq infrastrukturun yaradılması istiqamətində tədbirlərin müzakirə edilməsi məqsədilə işçi qrupların yaradılması barədə razılıq əldə edildi. Bu tədbirlər Azərbaycan və İran ərazilərində sərhədyanı dəmir yolu xətlərinin çəkilməsini, sərhəd körpüsünün birgə tikintisini, habelə yükaşırma terminalının tikintisini nəzərdə tutur. Görüşdə əldə edilən razılaşmaya əsasən, yolun Azərbaycan ərazisinə düşən 8,3 kilometrlik hissəsini və 1 körpünün tikintisini Azərbaycan tərəfi həyata keçirəcək.

Eyni zamanda, həmin görüşün nəticəsi olaraq “Azərbaycan Dəmir Yollar” QSC-nin sədri Cavid Qurbanovla İranın yol və şəhərsalma nazirinin müavini, dəmir yollarının baş direktoru Purseyid Ağayi arasında “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında, iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası çərçivəsində işçi qrupunun iclasının Protokolu” imzalandı.

- Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Əvvəla qeyd edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi İran, Rusiya, Avropa, Cənubi Asiya və Fars körfəzi ölkələri arasında ticarət dövriyyəsini genişləndirmək məqsədilə 2000-ci ildə təsis olunub. Azərbaycan Respublikası 2005-ci ilin sentyabrından bu təşəbbüsə qoşulub. Bu dəhlizin əsas məqsədi Cənubi Asiya və Fars körfəzinin limanlarını Azərbaycan və İran vasitəsilə Rusiya və Avropa ölkələri ilə birləşdirməkdən ibarətdir. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının 3 dəfə az olmasıdır. Dəhliz vasitəsilə yüklərin çatdırılmasının qiyməti rəqabətə daha davamlıdır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin digər üstünlüklərinə marşrutun təhlükəsizliyi və beynəlxalq tranzit dəhlizləri ilə kəsişməsini aid etmək olar. Ümumiyyətlə, bu dəhliz digər ətraf ölkələri də nəzərə almaqla (Əfqanıstan və s.) illik 30 milyon ton yükün hərəkət etdiyi nəqliyyat dəhlizi kimi tranzit vaxtı və qiyməti baxımından ən səmərəli logistik həll yoludur. Ekspertlərin hesablamalarına görə, ilkin mərhələdə bu yük potensialının illik 5 milyon ton hissəsini və daha sonra maddi-texniki bazanı genişləndirərək illik 10 milyon ton daşınmanı Azərbaycan üzərinə keçirmək mümkündür.

Qeyd etdiyim kimi, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ümumilikdə regionun iqtisadi gələcəyi üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, iki qonşu və dost ölkə - Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə yeni təkan verəcək.

Məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafına səbəb olub və onu daha cəlbedici edir. Bazar iqtisadiyyatı şəraitində beynəlxalq aləmdə xarici dövlətlər iqtisadi potensiala malik olan ölkələrlə əməkdaşlığa can atırlar.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub