ŞƏHƏR BƏLƏDİYYƏSİ ASFALT ZAVODUNU İDARƏETMƏYƏ GÖTÜRMÜŞDÜR
Salyan şəhər bələdiyyəsi son illər maliyyə çətinlikləri üzündən fəaliyyətini dayandırmış asfalt zavodunu uzunmüddətli idarəetməyə götürmüşdür.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bələdiyyə zavodu işə salaraq, az müddətdə şəhərin küçə və meydanlarında, park və xiyabanlarında 2000 kvadratmetr sahəyə asfalt döşənməsini təmin etmişdir. Bələdiyyə zavodun istehsal gücünü artırmaqla şəhərin bütün küçələrini asfaltlaşdırmağı nəzərdə tutmuşdur.