Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhərsalma və Arxitektura Komitəsi BMT-nin Məskunlaşma Proqramının direktoruna məktub ünvanlayıb

Şəhərsalma və Arxitektura Komitəsi BMT-nin Məskunlaşma Proqramının direktoruna məktub ünvanlayıb

Bakı, 31 oktyabr, AZƏRTAC

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 31 oktyabr - Ümumdünya Şəhərlər Günündə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) direktoru xanım Maimunah Mohd Şərifə məktub ünvanlayıb.

Komitədən AZƏRTAC-a bildirilib ki, məktubda işğalçı Ermənistanın Azərbaycanın dinc şəhərlərinə raket zərbələri endirdiyi, mülki əhalinin öldürüldüyü, tarixi-memarlıq abidələri və şəhər infrastrukturunun dağıdıldığı diqqətə çatdırılıb.

“Təəssüflə qeyd etməliyik ki, “Cəmiyyətimizin və şəhərlərimizin qədrini bilək” mövzusuna həsr olunmuş builki Ümumdünya Şəhərlər Günü ölkəmizin bəzi şəhər və yaşayış məntəqələrində insanlıq əleyhinə cinayətlərin törədilməsi, günahsız insanların qətlə yetirilməsi ilə eyni vaxta təsadüf edir. Ermənistanın Azərbaycanın böyük şəhərlərinə intensiv raket hücumları, mülki insanları qətlə yetirmək məqsədilə həyata keçirdiyi dövlət terroru nəinki ayrı-ayrı şəhərlərimizi, həmçinin bütün regionu və bütövlükdə dünyanı böyük təhlükəyə məruz qoyur”, - deyə məktubda qeyd olunur.

Bildirilib ki, bütün dünya Ümumdünya Şəhərlər Gününü qeyd etdiyi bir vaxtda, Azərbaycanın bir sıra şəhərləri və digər yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin davamlı hücumuna məruz qalır. Oktyabrın 28-də Bərdə şəhərinə edilən xain raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla 21 mülki şəxs həlak olub, 70-dən çox insan ağır yaralanıb. 4, 11 və 17 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin ardıcıl raket və ağır artilleriya hücumları Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfərin həyatına son qoyub, 138 nəfər yaralanıb, yaşayış evləri, tarix və mədəniyyət abidələri dağıdılıb. Tərtər şəhərinə edilən hücum nəticəsində 4 mülki insan həyatını itirib, 4 nəfər isə yaralanıb.

Məktubda, həmçinin erməni silahlı qüvvələrinin münaqişə zonasından uzaqda yerləşən digər şəhərlərimizi və yaşayış məntəqələrini qəsdən ağır artilleriya və raket atəşinə məruz qoyması faktları da öz əksini tapıb. Bildirilib ki, bu hücumlar nəticəsində çox sayda mülki insan həlak olub, evlərə, inzibati binalara, tarix-memarlıq abidələrinə və digər sosial obyektlərə ziyan dəyib.

Ümumdünya Şəhərlər Günündə dünya ictimaiyyətinin diqqətini bir daha Azərbaycanın hücuma məruz qalan şəhərlərinə çəkən komitə sədri günahsız insanlara qarşı törədilən bu cinayətlərin Ermənistanın terror xarakterini ifşa etdiyini, dinc əhalinin qəsdən öldürülməsini isə soyqırımı və insanlığa qarşı müharibə olduğunu qeyd edib.

“Bu terror aktları bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüququ, xüsusən 1949-cu il 12 avqust tarixli “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” Cenevrə Konvensiyası və BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nı, habelə insan hüquqları sahəsində digər beynəlxalq hüquq sənədlərini bilərəkdən kobud şəkildə pozur. Bir daha dünya ictimaiyyətini Ermənistan tərəfindən müntəzəm şəkildə törədilməkdə davam edən qəddar, qeyri-insani əməllərinə biganə qalmamağa, Azərbaycanın şəhərlərinin dinc əhalisinə qarşı Ermənistanın barbar hücumlarını pisləməyə, hüququn bütün normalarını pozaraq mülki şəxsləri məqsədli şəkildə hədəf seçməsini dayandırmaq üçün lazımi addımlar atmağa və işğalçı qüvvələrin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxmasını tələb etməyə çağırırıq”, - deyə A.Quliyev bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 2013-cü ildə qəbul etdiyi qətnaməyə əsasən, oktyabrın 31-i Ümumdünya Şəhərlər Günü kimi qeyd olunur. Əsas şüarı “Daha yaxşı şəhər, daha yaxşı həyat” olan Ümumdünya Şəhərlər Günü hər il müxtəlif mövzuya həsr edilir. Bu il “Cəmiyyətimizin və şəhərlərimizin qədrini bilək” mövzusuna həsr olunan bu günün əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini urbanizasiya problemlərinə cəlb etmək və şəhərlərin davamlı inkişafı ilə bağlı dünya dövlətlərini birgə əməkdaşlığa sövq etməkdir. Bu məqsədlərə nail olmaq üçün BMT-nin Məskunlaşma Proqramı dünyanın 90-dan çox ölkəsində hökumətlər, yerli hakimiyyət orqanları və qeyri-hökumət təşkilatları ilə birgə işləyərək kiçik və böyük şəhərlərin üzləşdiyi çətinliklərdən yeni çıxış yollarını tapmağa çalışır. Əsas ideyası “Urbanizasiya yaşayan dünyada hər kəs üçün daha yaxşı həyat keyfiyyəti” olan bu proqramın məqsədi ayrı-seçkiliyi, yoxsulluğu azaltmaq, şəhərləri və yaşayış məntəqələrini insanlar üçün təhlükəsiz hala gətirməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb