ELM VƏ TƏHSİL
Şəhid ailəsinin üzvləri Mərkəzi Elmi Kitabxanada olublar




Bakı, 19 sentyabr, AZƏRTAC
İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Səyavuş Kəlbalıyevin ailə üzvləri AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondunda olublar.
MEK-dən AZƏRTAC-a bildirilib ki, fondla tanışlıq zamanı qonaqlara burada mühafizə edilən sənədlər, qəhrəman şəhidlərimiz haqqında yazılmış və onların özlərinin yazdıqları kitablar, fotoşəkillər, eləcə də hər bir guşə haqqında ayrıca məlumat verilib. MEK adından şəhidin övladına dəyərli kitab təqdim edilib.
Qeyd edək ki, fondun əməkdaşları tərəfindən I və II Qarabağ müharibələri, Aprel və Tovuz döyüşləri qəhrəmanlarının ailələri ilə mütəmadi əlaqə yaradılır, görüşlər təşkil edilir, onlar haqqında yazılmış kitablar, məlumatlar, videomateriallar, fotoşəkillər sistemli şəkildə toplanılır.