SƏHMDAR CƏMİYYƏTLƏRİN SƏHMLƏRİNİN SATIŞI SÜRƏTLƏNDİRİLİR
Özəlləşdirilən müəssisələrdə əmək kollektivlərinin hüquq və mənafelərinin qorunması, əhalinin özəlləşdirmədə daha fəal iştirakının təmin olunması, hərracların aşkarlıq və şəffaflıq şəraitində keçirilməsi diqqət mərkəzində saxlanılır. Hərraca çıxarılan müəssisələr haqqında zəruri məlumatlar əvvəlcədən kütləvi informasiya vasitələrində və komitənin İnternet sayıtında yerləşdirilir.
Bunun nəticəsidir ki, 2006-ci ilin dörd ayı ərzində keçirilmiş hərraclarda 50-yə yaxın səhmdar cəmiyyətin səhmləri satılmışdır.
Səhmlərinin hamısı və yaxud da bir hissəsi dövlətə məxsus səhmdar cəmiyyətlərdə dövlət əmlakının qorunub saxlanılması, ondan səmərəli istifadə olunması vəziyyətinin araşdırılması, istehsal fəaliyyətlərinin öyrənilməsi, eləcə də özəlləşdirmə imkanlarının təhlil edilməsi məqsədi ilə 250-ə yaxın səhmdar cəmiyyətdə monitorinq aparılmışdır.
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlərin başlıca məqsədi özəlləşdiriləcək müəssisələrdə sərmayə qoyuluşlarının yüksəldilməsi və yeni iş yerlərinin açılması, eləcə də özəlləşdirilməsi nəzərdə tutulmuş səhmdar cəmiyyətlərin səhmlərinin satışından dövlət büdcəsinə daxilolmaların həcminin artırılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:32]
Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik
- 12.10.2026 [18:31]
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 12.10.2026 [18:27]
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
- 12.10.2026 [18:24]
AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 12.10.2026 [18:12]
Doqquz ayda 620 dövlət standartı qəbul edilib
- 12.10.2026 [17:28]
Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb
- 12.10.2026 [17:03]