Səhra komanda məntəqəsi parkının açılışı olub
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov müasir tələblərə cavab verən, yeni avtomobil texnikası, eləcə də avadanlıq və texniki vasitələrlə təchiz olunmuş səhra komanda məntəqəsi parkının açılışında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir avtomobillərin saxlanc, texniki xidmət, təmir məntəqələri və akkumulyator sexlərində yaradılan şəraitlə tanış olub, müvafiq tapşırıqlarını verib.