Şəhriyar Məmmədyarov “Tata Steel Masters”in növbəti turunda ABŞ təmsilçisi ilə mübarizə aparacaq
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin 10-cu turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda ABŞ təmsilçisi Samuel Şankland ilə mübarizə aparacaq.
Qeyd edək ki, doqquz turdan sonra Ş.Məmmədyarov 5,5 xalla 3-cü pillədə qərarlaşıb.
Turnir cədvəlinə 6,5 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen başçılıq edir.
Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]