Şəki Regional Elmi Mərkəzinin nailiyyətləri davam edir
Bakı, 1 sentyabr, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Ulduz Mürşüdovanın “Azərbaycan və Şimali Amerika hindu folkloru” adlı kitabı İstanbul şəhərində yerləşən Sabahattin Zaim Universitetinin kitabxanasının elektron kataloqunda yerləşdirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Qeyd edək ki, 2018-ci ildə çap edilərək elmi ictimaiyyətə təqdim olunan tədqiqat əsəri müəllifin uzun illər ərzində apardığı araşdırmaların nəticəsidir.
Kitabda Azərbaycan Türk-Oğuz folkloru ilə Şimali Amerika hindu folkloru arasında maraqlı müqayisəli təhlillər aparılıb, hər iki xalqın folklor nümunələrinin oxşar və fərqli xüsusiyyətləri tədqiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:53]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [18:38]
Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar
- 04.06.2026 [18:20]
AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir
- 04.06.2026 [18:09]
BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir
- 04.06.2026 [17:36]