ŞƏKİ-ZAQATALA BÖLGƏSİNDƏ20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜNƏ GENİŞ HAZIRLIQ İŞLƏRİ GÖRÜLÜR
Yerli icra hakimiyyəti başçılarının müvafiq sərəncamları ilə xüsusi komissiyalar yaradılmış, tədbirlər planları təsdiq edilmişdir. Hazırda bölgənin elm və təhsil müəssisələrində, mədəniyyət ocaqlarında, kitabxanalarda elmi konfranslar, tematik dərslər, inşa yazı və şeir müsabiqələri, xatirə gecələri, şəhid ailələrinin üzvləri ilə görüşlər keçirilir, foto və kitab sərgiləri təşkil edilir, guşələr yaradılır. Gənclər, İdman və Turizm Nazirliyinin rayon şöbələrinin xətti ilə şəhidlərin xatirəsinə həsr olunmuş idman yarışlarının keçirilməsi davam edir. Bundan əlavə, əhalinin yaxından iştirakı ilə rayon mərkəzlərində və kəndlərdə iməciliklər keçirilir, təmizlik və abadlıq işləri aparılır.
Yanvarın 19-da bölgə rayonlarının bütün ümumtəhsil məktəblərində ilk dərslər “20 Yanvar” mövzusuna həsr ediləcəkdir.
Ümumxalq hüzn günü isə rayon mərkəzlərində şəhidlərin xatirəsinə ucaldılmış abidələrin önündə anma mərasimləri, toplantılar keçiriləcək, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriləcək, məscidlərdə şəhidlərimizin müqəddəs ruhuna dualar oxunacaq, ehsan veriləcəkdir. Həmin gün saat 12.00- da bölgənin bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:20]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:18]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [17:56]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:43]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:33]