Şəkidə taxıl biçininə 125 ədəd kombayn cəlb ediləcək
Şəki, 27 may, Mustafa Dadaşov, AZƏRTAC
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə 68 min 68 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 45 min 962 hektarını buğda, 21 min 626 hektarını dən üçün arpa, 480 hektarını isə xəsillik arpa sahələri təşkil edir. Əkin sahələri əvvəlki illə müqayisədə 906 hektar artıb. Təsərrüfatlarda taxıl biçininə hazırlıq işləri artıq başa çatıb. Şəki taxılçıları builki mövsümdə sahələrdən 240 min tona yaxın məhsul götürməyi qarşılarına məqsəd qoyublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyəti aparatının məsul nümayəndəsi Rafik Məmmədov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, taxılçılar bu məsul kampaniyaya çox ciddi hazırlaşıblar. Taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunub, kombayn və digər texnikalar saz vəziyyətə gətirilib. Ümumilikdə, biçin kampaniyasına 125 ədəd taxılbiçən kombayn cəlb ediləcək. Onlardan 87 ədədi son illərdə alınan təzə, 38-i isə əvvəlki illərdə alınan və istifadəyə yararlı olan köhnə kombaynlardır. Biçin kampaniyasına, eyni zamanda, 95 ədəd küləşpresləyən aqreqat, 250 ədəd şum traktoru, 350-dək yük maşını, traktor və qoşqu, həmçinin 5 ədəd yanğınsöndürən və 9 ədəd su maşını cəlb olunacaq.
Təsərrüfatlarda taxıl biçininə iyunun əvvəllərində başlanılması nəzərdə tutulur.
Xatırladaq ki, ötən il şəkili fermerlər 67 min 162 hektar taxıl sahəsindən 221 min ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 33 sentner məhsul götürülüb. Taxıl istehsalı 2017-ci illə müqayisədə 7 min ton artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]