ŞƏKİLİ FERMER YÜKSƏK MƏHSULDAR İNƏK CİNSİ YETİŞDİRİR
Fermer təsərrüfatının rəhbəri Şahmar Mikayılov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, layihənin həyata keçirilməsindən əsas məqsəd əhalini yüksək keyfiyyətli ət məhsulları ilə təmin etmək və xarici bazarlara məhsul ixrac etməkdir. Bu məqsədlə artıq İsveçrədən xüsusi konteynerdə süni mayalandırma materialı-toxum gətirilmiş və Respublika Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu regional nümayəndəliyinin mütəxəssislərinin iştirakı ilə ilkin mərhələdə eksperiment olaraq 25 baş “Qonur-Qafqaz”, “Ala-qara” və “Şvis” orta cinsli inəklərdə süni mayalandırma aparılmışdır. Heyvanların müayinəsi nəticələrin qənaətbəxş olduğunu göstərmişdir.