Səkkiz ayda satılmış mәhsulların vә göstәrilmiş xidmәtlәrin dәyәri azalıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Yanvar-avqust aylarında istehlakçıların tәlәbatlarının ödәnilmәsi mәqsәdilә satılmış mәhsulların vә göstәrilmiş xidmәtlәrin dәyәri 29,4 milyard manat olmaqla 2019-cu ilin eyni dövrünә nisbәtәn müqayisәli qiymәtlәrlә 7,5 faiz azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlәt sektorunun tәsәrrüfat subyektlәri tәrәfindәn satılmış mәhsulların vә göstәrilmiş xidmәtlәrin dәyәri keçən ilin yanvar-avqust ayları ilә müqayisәdә 7,1 faiz azalaraq 28,3 milyard manata bәrabәr olub. Onun 48,6 faizi fәrdi sahibkarların fәaliyyәti sayәsindә formalaşıb.
Hesabat dövründә istehlak bazarında bir istehlakçı orta hesabla ayda 368,7 manat vә ya ötən ilin eyni dövrünün göstәricisindәn nominal ifadәdә 21,1 manat az vәsait xәrclәyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]