Səkkiz ildən sonra: Fəridə Lütfəliyeva bu dəfə yeni “amplua”da
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Birinci Divizionun XXIX turu ilklə əlamətdar olub.
AZƏRTAC Azərbaycan Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, mövsümdə ilk dəfə oyunun baş hakimi qadın referi olub. Bu, “Qarabağ-2” - “Turan Tovuz-2” görüşündə baş verib.
Binə qəsəbə stadionundakı matçı Fəridə Lütfəliyeva idarə edib. Bu qarşılaşmada qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.
Cəmi 1 sarı vərəqə ilə kifayətlənən xanım baş hakimin köməkçiləri digər zərif cins nümayəndələri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə olublar.
Azərbaycan çempionatının Birinci Divizionunda qadın baş hakim son 8 mövsümdə ilk dəfə meydana çıxıb. Sonuncu belə hadisə 2014-2015-ci il mövsümündə yaşanıb.
8 il əvvəl - 2015-ci il mayın 15-də “Ağsu” - “Göyəzən” matçında (4:0) ədaləti Venera Kahriç qoruyub. Ağsu şəhər stadionundakı oyunda onun başçılıq etdiyi briqadada 2 xanım hakim də yer alıb. Baş hakimin köməkçilərindən biri Maya Nəbiyeva olub. Dördüncü hakim funksiyasını isə 8 il - yəni 2923 gündən sonra meydana yeni “amplua”da - baş hakim kimi çıxan Fəridə Lütfəliyeva yerinə yetirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]
“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır
- 30.09.2026 [09:25]
Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [21:10]