Səkkiz komandanın iştirakı ilə xatirə turniri keçirilir
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, SSRİ Əməkdar idman ustası, SSRİ-nin Əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan milli komandasının ilk baş məşqçisi mərhum Ələkbər Məmmədovun anadan olmasının 89-cu ildönümü ilə əlaqədar AFFA-nın dəstəyi, Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə xatirə turniri keçirilir.
AZƏRTAC xəbər verir ki, turnirdə “Təhsil”, “Sabah”, “Neftçi”, “Səbail”, “ROFM Xəzər”, “Zirə”, “Keşlə” və “Xətai” komandaları birincilik uğrunda mübarizə aparırlar.
Turnirə mayın 9-da yekun vurulacaq.