Sel suları Ağsuda avtomobil yolunu yararsız hala salıb VİDEO
Ağsu, 16 aprel, R.Türkoğlu, AZƏRTAC
Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis, digər aidiyyəti qurumların əməkdaşları və texnika cəlb olunub. Yolun açılması istiqamətində işlər görülür.