SƏMƏD VURĞUNUN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞDUR
Universitetin rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov çıxış edərək, Prezident İlham Əliyevin “Səməd Vurğunun 100 illik yubileyi haqqında” Sərəncamının əhəmiyyətini vurğulamışdır. Dahi xalq şairinin zəngin ədəbi irsindən bəhs edən rektor onun əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirmişdir.
Sonra “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda məruzə dinlənilmişdir.
Xalq yazıçısı, Milli Məclisin deputatı Əkrəm Əylisli və digər natiqlər də S.Vurğunun şərəfli ömür yolundan, ədəbiyyatımızın inkişafındakı misilsiz xidmətlərindən, dillər əzbəri olan həmişəyaşar poeziyasının əhəmiyyətindən danışmış, ölməz ədəbi irsindən gələcək nəsillərin də bəhrələnəcəyini bildirmişlər.
Ədibin ayrı-ayrı əsərlərindən parçalar səslənmiş, ədəbi-bədii kompozisiya göstərilmişdir.
Şairin oğlu, Milli Məclisin deputatı, xalq şairi Vaqif Səmədoğlu atası ilə bağlı xatirələrini söyləmiş, tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]