Seminarda elmi məruzə dinlənilmişdir
Bakı, 6 noyabr (AZƏRTAC). Noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda seminar keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, seminarda institutun dalğa dinamikası şöbəsinin əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru Nazilə Rəsulovanın “Silindrik oblastlarda qeyri-stasionar proseslərin yeni tədqiqat metodu haqqında” mövzusunda məruzəsi dinlənilmişdir.
N.Rəsulova məruzəsində silindrik oblastlarda qeyri-stasionar proseslərin tədqiqi haqqında məlumat vermiş, bu metodun həlli çətin olan riyazi problemlərlə müşayət olunduğunu bildirmişdir.
Alim demişdir ki, təqdim edilən metod hətta laylı, qeyri-bircins silindrik oblastlar üçün dəqiq həllərin qurulmasını sadə cəbri əməliyyatlar səviyyəsinə qədər sadələşdirməyə imkan verir.
N.Rəsulova bu metodu ilk dəfə olaraq en kəsiyi düzbucaqlı olan prizma üçün tətbiq etmiş və yeni analtik həllər almağa müvəffəq olmuşdur.
Sonra məruzə ətrafında fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]