ŞƏMKİRDƏ FARAŞ TƏRƏVƏZ İSTEHSALI ÜÇÜN YENİ İSTİXANA KOMBİNATI TİKİLİR
Şəmkir, 11 oktyabr (AZƏRTAC). Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində faraş tərəvəz istehsalı üçün yeni istixana kombinatı tikilir.
ATA Holdinq Şirkətlər Qupuna daxil olan “Az-Aqro” məhdud məsuliyyətli cəmiyyətin inşa etdirdiyi kombinat adi istixanalardan tamamilə fərqlənəcəkdir. Kombinatda məhsul istehsalı İsrail mütəxəssislərinin yeni texnologiyası ilə həyata keçiriləcəkdir. Belə ki, torpaqdan istifadə edilmədən Şri-Lankadan gətirilmiş kokos meyvələrinin gövdəsində yerləşdirilən pomidor və xiyar toxumları damcı üsulu ilə suvarılmaqla qidalandırılacaq və beləliklə faraş tərəvəz istehsalının həcmi 3 dəfədən çox artacaqdır.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Sabir Quliyevin verdiyi məlumata görə, kombinat hələlik ildə 400 ton pamidor, 600 ton isə xiyar istehsal edəcəkdir. Gələcəkdə burada çeşidləmə və emal sexləri də yaradılacaqdır ki, bu da istehsal edilən məhsulun həm konservləşdirilməsinə, həm də uzun müddət saxlanmasına imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]