Səmti müəyyən etmə idman növü üzrə Kubok yarışı keçirilmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). Nabranda Azərbaycan Respublikası Səmti müəyyən etmə İdman Federasiyasının təşkilatçılığı ilə idman turizmi üzrə SSRİ idman ustası Vyaçeslav Filippovun xatirəsinə həsr edilmiş bu idman növü üzrə Kubok yarışı keçirilmişdir.
AZƏRTAC-a bildirilmişdir ki, yarışa 70 nəfərə yaxın idmançı qatılmışdır. “K-21”, “Q-21” və “Junior” kateqoriyaları üzrə keçirilmiş yarışda, 2,5 saat nəzarət vaxtı təyin edilmiş, kişilər üçün 4,6 km - 13 nəzarət məntəqəsi (NM), qadınlar üçün isə 4 km məsafə - 11 NM müəyyən edilmişdir. “Junior” qrupu üzrə mübarizə aparan idmançılar isə 0,8 km məsafədə 7 NM müəyyən edilmişdir.
“K-21” qrupu üzrə Sergey Telegin qalib olmuşdur. Qalibdən təxminən 2 dəqiqə geri qalan Emin Məmmədov 2-ci, Müvəssil Allahverdiyev isə 3-cü yeri tutmuşdur.
“Q-21” qrupu üzrə Nataliya Əliyeva qızıl medal qazanmışdır. Yanina Maşkova 2-ci, Çokuet Karolin isə finiş xəttinə 3-cü çatmışdır. “Junior” kateqoriyası üzrə isə Cavid Hüseynzadə finiş xəttinə hamıdan birinci çatmışdır. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq Mariya Mişenko və Mariya Fedyukina tutmuşlar.
Qalib idmançılara federasiyanın vitse-prezidenti Nizami Mursakulov və Ukraynanın Azərbaycandakı səfiri, Federasiyanın fəxri üzvü Aleksandr Mişenko tərəfindən medal və xatirə diplomu təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]