SƏNAYEDƏ ARTIM 32,6 FAZ TƏŞKİL ETMİŞDİR
Ötən ilin on bir ayı ərzində hasil edilmiş 20 milyon tona yaxın neft və 5,1 milyard kubmetr qaz 2004-cü ilin eyni dövründəkindən müvafiq olaraq, 40,9 faiz və 12,8 faiz çoxdur. Həmin dövrdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti “Çıraq” və “Mərkəzi Azəri” yataqlarından neft hasilatını 2 dəfəyədək artırmışdır.
Neft bölməsi ilə yanaşı, emal sənayesi və elektroenergetika müəssisələri də öz işlərini uğurla davam etdirərək, müvafiq olaraq, 18,6 və 5,6 faizlik artıma nail olmuşlar. Ümumiyyətlə, sənayenin qeyri-neft sektorunda 12,5 trilyon manatlıq məhsul istehsal olunmuş və 16 faizlik xalis artım qeydə alınmışdır. Toxuculuq və tikiş sənayesi, nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı, metallurgiya sənayesi və digər sahələrdə artım daha yüksək olmuşdur.
Sənaye istehsalının 94,2 faizi malların, 5,8 faizi isə xidmətlərin payına düşür. Ümumi istehsalın üçdə ikisini təmin edən qeyri-dövlət müəssisələrində istehsal 50,5 faizədək yüksəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 08.10.2026 [11:27]
Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib
- 08.10.2026 [11:22]