SƏNAYEDƏ İŞLƏYƏNLƏRİN SAYI ÇOXALMIŞDIR
Oktyabrdakı artım əsasən, qida məhsullarının istehsalı, toxuculuq və tikiş sənayesi, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahələrində çalışan Azərbaycan vətəndaşlarının sayının artımı hesabına olmuşdur. Ümumiyyətlə, ilin əvvəlindən ötən vaxt ərzində 2004-cü ilin müvafiq dövrünə nisbətən kimya sənayesi, maşın və avadanlıqların istehsalı istisna olmaqla, qalan sənaye sahələrində işçilərin sayının artımı 0,8 faiz - 31,4 faiz arasında olmuşdur.
2004-cü ilin müvafiq dövrü ilə müqayisədə işçilərin sayı 3,9 faiz və ya 5,8 min nəfər, o cümlədən qeyri-dövlət sektorunda 14,9 faiz və ya 6,8 min nəfər artmışdır.
Muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 milyon 36 min manat olmuş və 2004-cü ilin yanvar-oktyabr aylarına nisbətən 12,3 faiz çoxalmışdır. Neft sektorunda işləyən Azərbaycan vətəndaşlarının orta aylıq nominal əmək haqqı da əhəmiyyətli dərəcədə artaraq, 1 milyon 337 min manata çatmışdır. Bu 2004-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 31,4 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 08.10.2026 [11:27]
Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib
- 08.10.2026 [11:22]