SENTYABRIN 20-DƏ BAKININ SƏBAİL VƏ NƏSİMİ RAYONLARINDA ELEKTRİK ENERJİSİ VERİLİŞİNDƏ FASİLƏLƏR OLACAQDIR
Bu barədə AZƏRTAC-a “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilmişdir.
Bildirilmişdir ki, 116 nömrəli 35/10 kilovoltluq yarımstansiyada transformatorların daha güclüləri ilə (15 meqavatlıq əvəzinə 25 meqavatlıq) əvəz olunması ilə əlaqədar sentyabrın 20-də saat 09:30-dan Bakı şəhərinin Səbail və Nəsimi rayonlarının Zərifə Əliyeva, Bülbül prospektlərində, Səməd Vurğun, Həzi Aslanov, Vidadi, Dilarə Əliyeva, Tolstoy, Nizami küçələrində elektrik enerjisi verilişində qısamüddətli fasilələr yaranacaqdır.
Yaranacaq narahatçılığa görə, “Bakıelektrikşəbəkə” ASC əvvəlcədən abonentlərindən üzr istəyir.
Transformatorların dəyişdirilməsindən sonra qış aylarında əvvəllər yaranmış fasilələr sıfra endirilərək daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı təmin ediləcəkdir.